Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İkinci Qarabağ müharibəsi iştirakçısı olan hərbi qulluqçulara dövlət tərəfindən müəyyən edilmiş maddi təminatların ödənilməsinə görə rüşvət almalarına dair əldə olunmuş məlumatlar əsasında Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Vüsal Eyvazov və həmin hospitalın əməkdaşı Hüseyn Ağayevin həbsi barədə məlumat verib.
“Eyvazov və Ağayev cinayət başında yaxalanıblar. Vüsal Eyvazov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 (vəzifəli şəxs tərəfindən təkrar rüşvət alma), Hüseyn Ağayev 32.5, 311.3.2 (təkrar rüşvət almada iştirakçılıq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”, - məlumatda deyilir.
Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir. **
R.Əhmədov