Azərbaycanda koronavirus infeksiyasına 468 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 341,183 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 272 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. İyulun 27-nə ölənlərin ümumi sayı 5 001 nəfərə çatıb.
Virusa yoluxmuş 332,259 min nəfər (sutka ərzində +123) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 3913 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 895 (ötən gün 5 616 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 992,592 min test aparılıb.**
N.Abbasova