“Premium Bank” ASC 2021-ci ilin I yarısında aktivlərini 2% - 666,088 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 iyun 2021-ci il tarixinə bankın kredit portfeli 524,483 milyon manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 8% - İF) təşkil edib. Həmçinin, birinci yarımillikdə biznes kreditlər üzrə portfel 8,4% - 494,4 milyon manatadək azalıb.
“Premium Bank”ın öhdəlikləri 477,723 milyon manata (artım 1%) bərabərdir.
Bankda depozitlər 437,952 milyon manat (artım 1,6%), o cümlədən əhalinin əmanətləri 355,993 milyon manat (artım 11,4%) təşkil edib.
2021-ci il iyunun 30-na bankın nizamnamə kapitalı 154,601 milyon manata (dəyişməyib), kapitalı 188,365 milyon manata (artım 4,3%) bərabərdir.
I yarımilliyin yekunları üzrə bankın xalis mənfəəti 8,225 milyon manat (2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə artım 8,2% - İF) təşkil edib.
“Premium Bank” ASC 2008-ci il yanvar ayının 25-dən fəaliyyət göstərir və aktivlərinin həcminə görə aparıcı bankların onluğuna daxildir. Bankın səhmdarları 2 fiziki və 1 hüquqi şəxsdir.**
R.Əhmədov