Bakı və Belqrad ikitərəfli münasibətlərin inkişafında maraqlıdır. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bəyan edib.
“Ölkələrimiz arasında çox sıx əlaqələr var. Serbiya strateji tərəfdaşımızdır. Serbiya ikitərəfli münasibətlərin inkişafında maraqlıdır. Xüsusilə, Serbiya şirkətlərini Qarabağ regionunun bərpasında iştiraka dəvət edirik. Zəngəzur dəhlizinin açşılması Serbiyanı çox maraqlandırır, çünki regionda bir çox dəyişikliklərə gətirəcək, yeni imkanlar və perspektivlər açılacaq və Serbiya bu istiqamətə maraq ifadə edib”, - Babayev çərşənbə axşamı jurnalistlərə bildirib.
Həmçinin, nazir qeyd edib ki, hər iki tərəf ASK sahəsində münasibətlərin inkişafında maraqlıdır. Xüsusilə, Babayev Serbiyaya ASK məhsullarının ixracında Azərbaycan tərəfinin maraqlı olduğunu vurğulayıb.
Bundan başqa, Serbiya tərəfinin Azərbaycan peyklərinin imkanlarından istifadə ikitərəfli münasibətlərin inkişafı predmetidir.
Nazir əlavə edib ki, tərəflər birgə müəssisələrin yaradılması və investisiya layihələrinin reallaşdırılması məsələsini müzakirə ediblər.
Babayev vacib məsələlərdən biri olaraq enerji əməkdaşlığı mövzusunu, xüsusilə Serbiyanın “Cənubi Qaz Dəhlizi”nə qoşulması və Azərbaycandan qaz alışı imkanlarını qeyd edib.
“Həmçinin biz turizm, iqtisadi, soail, ticarət-investisiya, məsdəniyyət sahələrində əməkdaşlıq məsələlərini müzakirə etmişik”, - Babayev əlavə edib. **
X.Nəsirzadə, E.Şəfiyev