Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətindəki mövqelərinin erməni hərbçiləri tərəfindən yenidən atəşə tutulması barədə məlumat verir.
“İyulun 27-si saat 16:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım kəndləri ərazisindəki mövqelərini snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.Qarşı tərəf cavab atəşi ilə susdurulub”, - nazirliyin məlumatında deyilir.
Bildirilir ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. **
X.Nəsirzadə