Çərşənbə axşamı Azərbaycanın və İran İslam Respublikasının xarici işlər nazirləri Ceyhun Bayramov və Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.
“Nazirlər iki ölkə arasındakı əməkdaşlıq gündəliyinin bəzi məsələləri üzrə, habelə bölgədəki son vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar”, - Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. **
R.Əhmədov