Ermənistan-Azərbaycan sərhədinin şimal-şərqində azərbaycanlı hərbçilərlə atışma nəticəsində iki erməni hərbçi yaralanıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
“Saat 07:30-a olan vəziyyətə görə, iki erməni hərbçi yaralanıb, daha beş hərbçi haqqında məlumatlar dəqiqləşdirilir”, - deyə məlumatda bildirilir.
Nazirlikdən qeyd ediblər ki, Azərbaycan Silahlı Qüvvələri irəliləmək üçün əlverişli şərait yaratmaq məqsədilə mövqelərini yaxşılaşdırmağa çalışır.*