Azərbaycanın ərazi bütövlüyünə qarşı atılacaq hər hansı addımlar qətiyyətlə cavablandırılacaq. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
XİN vurğulayır ki, Ermənistan-Azərbaycan dövlət sərhədində növbəti təxribatı törədərək, vəziyyəti gərginləşdirmək məsuliyyəti tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.
“Azərbaycan beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü qorumaq hüququnu özündə saxlayır və ərazi bütövlüyümüzə qarşı atılacaq hər hansı addımlar qətiyyətlə cavablandırılacaq”, - deyə bəyanatda qeyd olunur.
Azərbaycan XİN Ermənistanı bölgədə yaranmış yeni reallıqları qəbul etməyə, hərbi təxribatlara son verməyə və iki dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa çağırır.*
X.Nəsirzadə