Ermənistan bölgədə yaranmış yeni reallıqları qəbul etməli və iki dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamalıdır. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də bildirib.
“Biz Ermənistanı bölgədə yaranmış yeni reallıqları qəbul etməyə, hərbi təxribatlara son verməyə və iki dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa çağırırıq”, - deyə o qeyd edib.
L.Abdullayeva vurğulayıb ki, Azərbaycan beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü qorumaq hüququnu özündə saxlayır.
“Ərazi bütövlüyümüzə qarşı atılacaq hər hansı addımlar qətiyyətlə cavablandırılacaq”, - deyə o əlavə edib.*
E.Şəfiyev