Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan Ermənistan vətəndaşları Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi xəbərə görə, dövlət ittihamçısı təqsirləndirilən şəxslərin 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə iclası davam edir.
Təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham verilib.*
E.Şəfiyev