2021-ci ilin birinci yarısında “Günay Bank”ın aktivləri 5,9% - 259 milyon 445,01 min manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
I yarımilliyin sonuna bankın kredit portfeli 197 milyon 87,24 min manat (artım 3,3%), o cümlədən biznes kreditləri 128 milyon 135,5 min manat (artım 1,5%) təşkil edir.
Bankın öhdəlikləri 193 milyon 711,05 min manata (artım 7,6%), depozitləri 113 milyon 903,02 min manata (artım 20,5%), o cümlədən əhalinin əmanətləri 91 milyon 258,46 min manata (artım 32,5%) bərabərdir.
2021-ci il iyunun 30-na “Günay Bank”ın kapitalı 65 milyon 733,96 min manat (artım 1%) nizamnamə kapitalı 64 milyon 910,093 min manat (dəyişməyib) təşkil edir.
Hesabat dövrünün yekunları üzrə bankın xalis mənfəəti 626,39 min manat təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 1,4% çoxdur.
“Günay Bank” ASC 1992-ci ildə fəaliyyət üçün lisenziya alıb. Bankın səhmdarları 7 fiziki şəxsdir.*
X.Nəsirzadə