Prezident İlham Əliyev Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi məqsədilə 10 milyon manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Sərəncamın mətni bu gün dövlət başçısının saytında dərc olunub.
Sərəncama əsasən, bu vəsait 2021-ci il dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılacaq.*
R.Əhmədov