Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirə keçirib. Müşavirədə Azərbaycan-Ermənistan sərhədindəki və Əfqanıstandakı vəziyyət müzakirə edilib. Bu barədə jurnalistlərə RF prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Müşavirədə Rusiyanın sosial-iqtisadi inkişafı ilə bağlı cari məsələlər müzakirə olunub. Eyni zamanda, beynəlxalq gündəmin aktual məsələləri, o cümlədən Əfqanıstandakı və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət müzakirə edilib”, - deyə Peskov bildirib.*