2021-ci ilin yanvar-iyun aylarında Azərbaycana gələn əcnəbilərin sayı 131,809 min nəfər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,7 dəfə azdır. Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ölkəyə gələn əcnəbilərin 42%-ni Rusiya, 26,2%-ni Türkiyə, 8,4%-ni İran, 4,6%-ni Gürcüstan, 3,5%-ni Ukrayna, 15,1%-ni isə digər ölkələrin vətəndaşları təşkil edib.
Qeyd edək ki, 2020-ci ilin yekunları üzrə Azərbaycana turist axını 795,7 min nəfər təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 4 dəfə azdır. Bu azalma COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilmiş məhdudiyyətlərlə bağlı olub.*
E. Şəfiyev