Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin inşaat və mənzil siyasəti naziri Zeev Elkinlə görüşdə işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesini müzakirə edib.
Bu barədə M.Cabbarov Twitter hesabında yazıb.
Görüş M.Cabbarovun bu gün İsrailə səfəri çərçivəsində baş tutub.
Tərəflər, həmçinin ikitərəfli iqtisadi münasibətlərin gücləndirilməsi perspektivləri və yeni əməkdaşlıq imkanları barədə müzakirələr aparıblar.
Qeyd edək ki, M.Cabbarov səfər çərçivəsində İsrailin xarici işlər naziri Yair Lapidlə də görüşüb.*
E.Şəfiyev