ABŞ Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsini pisləyib və tərəfləri atəşkəsə riayət etməyə çağırıb. Bu barədə ABŞ Dövlət Departamenti məlumat verib.
“Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan sərhədi yaxınlığında bu yaxınlarda baş vermiş gərginliyi pisləyir və Ermənistanla Azərbaycanı vəziyyətin gərginliyinin aradan qaldırılması məqsədilə dərhal tədbirlər görərək, atəşkəslə bağlı öhdəliklərini yerinə yetirməyə çağırıb”, - Dövlət Departamentindən bildiriblər.
Məlumatda qeyd olunur ki, sərhəddə mövcud gərginlik iki ölkə arasında münasibətlərin normallaşması probleminin hərtərəfli həllinin zəruriliyinə təsdiq edir.
“Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanı münaqişənin uzunmüddətli siyasi həllinə nail olmaq məqsədilə tezliklə ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında predmetli diskusiyalara qayıtmağa təkidlə çağırır”, - Dövlət Departamenti vurğulayır.
Xəbər verildiyi kimi, çərşənbə günü Ermənistanın Qeqarkunik vilayəti sərhədinin hissəsində atışma baş verib. Ermənistan tərəfinin məlumatına görə, 3 hərbçi həlak olub. **