Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiyaya təklif edir ki, Ermənistan-Azərbaycan sərhədi boyu öz sərhədçilərinin dayaq məntəqələrini yerləşdirsin.
“Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiya prosesinin başlanmasının tərəfdarıyır. Biz Ermənistan və Azərbaycan qoşunlarının sərhəddən eyni zamanda çəkilmə, Sotkadan Xoznavartadək hissədə Rusiya sərhədçilərinin yerləşdirilməsi, sərhədyanı xəttin monitorinqi və demarkasiya və delimitasiya prosesinə başlamaq təklifi ilə çıxış etmişik”, - Paşinyan cümə axşamı hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, sərhəddə meydana gələn vəziyyəti nəzərə alaraq, “Emənistan-Azərbaycan sərhədi boyu Rusiya sərhədçilərinin dayaq məntəqələrini yerləşdirilməsini nəzərdən keçirməyin mənası var”.
“Bu, hərbi toqquşmalar riskləri olmadan sərhədlərin demarkasiya və delimitasiya işlərini icra etmək imkanı yaradır. Rusiyalı həmkarlarımızla bu mövzunu müzakirə etməyə hazırlaşırıq”, - Paşinyan bildirib. **