Həyat sığortasında ixtisaslaşan “Mega Həyat” sığorta şirkəti Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) üzvü olub.
“Yerli sığorta bazarına çıxan “Mega Həyat” həyat sığortası şirkəti ASA-nın üzvü oldu. Bu qərar ASA-nın Müşahidə Şurasının dünən keçirilən iclasında qəbul olunub”, - Assosiasiyadan məlumat veriblər.
Xəbər verildiyi kimi, AMB-nin İdarə Heyətinin 2021-ci il 19 fevral tarixli qərarı ilə “Mega Həyat” ASC-yə 5 illik fəaliyyət lisenziyası verilib. **
X.Nəsirzadə