Cümə axşamı Tel-Əvivdə (İsrail) Ticarət Nümayəndəliyi açıb. Bu barədə İsrailin Bakıdakı səfiri Corc Dik məlumat verib.
“Bu, (Ticarət Nümayəndəliyinin açılması - İF) münasibətlərimizi daha da möhkəmləndirməyə və onları daha rəngarəng etməyə, ölkələrimizi və xalqlarımızı yaxınlaşdırmağa imkan verəcək”, - səfir özünün Twitter hesabında yazıb.
Səfirin rəyinə görə, “Ticarət Nümayəndəliyinin açılması Azərbaycanın İsraildə səfirliyinin açılmasına istiqamətində daha bir addımdır”.
Açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin turizm naziri Yoyel Razvozov iştirak ediblər.
Tərəflərin qiymərləndirmələrinə görə, Nümayəndəliyin açılması tərəfdaşlıq münasibətlərinin, biznes əlaqələrinin genişləndirməsi və işgüzar dialoqun inkişafı, həmçinin ASK, İKT, turizm və investisiya fəaliyyəti kimi sahələrdə əməkdaşlığın möhkəmlənməsi və inkişafı məqsədilə yeni imkanların yaradılması üçün mühüm meydança olacaq. **
E.Şəfiyev