Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın Ermənistan-Azərbaycan sərhədi boyu KTMT-nin monitorinq missiyasını yerləşdirmək təklifi siyasi xarakter daşıyır. Bu barədə RFDövlət Dumasının MDB Məsələləri üzrə Komitəsinin sədri LeonidKalaşnikov bəyan edib.
“Bu cür təhlükəsizlik məsələləri adətən sakit şəkildə həll olunur. Açıq meydançalarda mətbuatın qarşısında bəyantklar o zaman verilir ki, hansısa siyasi xallar topamaq hökumət səviyyəsində, parlamentdə və daha harada isə0möhkəmlənmək lazımdır”, - Kalaşnikov cümə axşamı “İnterfaks”a bildirib.
O hesab edir ki, Paşinyan müvafiq ideyaları öz səviyyəsində müzakirə edə bilərdi. “Axı o KTMT-nin üzvüdür, bu təşkilata daxil olan ölkələrin, xüsusilə Tacikistanın mövqelərini anlayır, indi həmin ölkədə vəziyyət stabil deyil. Bununla əlaqədar bunu çox diqqətli etmək lazımdır”, - komitə sədri bildirib.
Onun sözlərinə görə, “məsələ çox ciddi, mürəkkəbdir və ilk öncə üç ölkə başçısı: Putin, Əliyev və Paşinyan tərəfindən həll olunmalıdır”.
“Əgər məsələ ilk növbədə ictimailəşdirilirsə, bu daha çox siyasi məqsəd daşıyır”, - Kalaşnikov qeyd edib.
O bildirib ki, “şükür Tanrıya, Ermənistan-Azərbaycan sərhədində insidentlərin sayı hələlik azdır və onlar kiminsə kiməsə hücum etməsindən deyil, icraçı effektindən baş verir”. **