“Yapı Kredi Bank Azerbaijan” QSC 2021-ci ilin I yarısında aktivlərini 5,7% - 328,391 milyon manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
31 iyun 2021-ci il tarixinə “Yapı Kredi Bank Azerbaijan”ın kredit portfeli 163,646 milyon manata (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 9,6%), o cümlədən istehlak kreditləri 39,632 milyon manata (artım 0,1%), biznes kreditləri 108,454 milyon manata (artım 12,6%) bərabərdir.
Bankın öhdəlikləri 246,184 milyon manat (azalma 7,6%), depozitləri 225,733 milyon manat (azalma 9%), əhalinin əmanətləri 68,577 milyon manat (azalma 11,7%) təşkil edir.
İyunun 30-na “Yapı Kredi Bank Azerbaijan”ın kapitalı 82,207 milyon manat (artım 0,3%), nizamnamə kapitalı 55 milyon 380,7 min manat (dəyişməyib) təşkil edir.
Hesabat dövründə fəaliyyətinin yekunları üzrə bankın xalis zərəri 2020-ci ilin yanvar-iyun aylarında 471,59 min manat mənfəətə qarşı 231,69 min manat təşkil edib.
“Yapı Kredi Bank Azerbaijan” 1998-ci ildə yaradılıb. Bankın səhmdarları 3 Türkiyə şirkətidir.**
X.Nəsirzadə