RF prezidentinin mətbuat katibi Dmitri Peskov Gürcüstanda keçirilən NATO təlimlərində Azərbaycan hərbi qulluqçularının iştirakını şərh edir.
“Azərhbaycan suveren dövlətdir. Biz Azərbaycanla münasibətləri çox qiymətləndiririk. Bu, tərəfdaşlıq münasibətləridir. Bu münasibətlərin inkişafı üçün siyasi iradə mövcuddur”, - Peskov cümə axşamı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Gürcüstanda keçirilən NATO təlimlərinin RF-yə qarşı üstü örtülü hərəkət ssenarilərinin olmaması Rusiya üçün əhəmiyyətlidir.
“Əlbəttə, bu cür təlimlərin ssenarilərinin ölkəmizə qarşı üstü örtülü hərəkətlər nəzərdə tutmaması bizim üçün vacibdir”, - Peskov deyib. **