Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB)payızda Gəncə şəhərində bərk məişət tullantılarının toplanması infrastrukturunun yenilənməsi üçün Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinə 10 milyon manat məbləğində krediti təsdiq etməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan”a bankdan məlumat verilir.
“Bank Gəncə şəhərində bərk məişət tullantılarının toplanması infrastrukturunun (tullantıları toplayan və küçələri təmizləyən nəqliyyat vasitələri və konteynerləri) yenilənməsini, eləcə də, iş göstəriciləri və maliyyə effektivliyinin yüksəldilməsini dəstəkləyəcək. Kreditin təsdiqlənməsi 2021-ci il 14 sentyabr atrixində planlaşdırılır”, - bankdan vurğulanıb.
Layihə tullantıların toplanması fəaliyyətinin əhatə dairəsinin genişləndirilməsi və ətraf mühitin mühafizəsi, sağlamlıq və təhlükəsizlik normalarının yüksəldilməsi baxımından Gəncə şəhərində tullantıların toplanması xidmətlərinin təkmilləşməsinə yardım edəcək.
Layihənin ümumu dəyəri 10 milyard avro həcmində qiymətləndirilir.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Əməkdaşlıq dövrü ərzində AYİB Azərbaycanda 177 layihənin maliyyələşdirilməsinə təxminən 3,5 milyard avro vəsait ayırıb. Hazırda bankın Azərbaycan üzrə aktiv portfeli 36 layihədən ibarətdir, bu layihələrə 1,124 milyard avro ayrılıb. **
A.Əzizov