2021-ci ilin birinci yarısında "Bank Avrasiya" aktivlərini 4,1% - 153,195 milyon manatadək azaldıb. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə bankdan məlumat verilib.
30 iyun 2021-ci il tarixinə bankın kredit portfeli 122,863 milyon manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 9,1% - İF) təşkil edib. Həmçinin, istehlak kreditləri 7,91 milyon manat (artım 5,5%), biznes kreditləri – 71,343 milyon manat (artım 11,4%) həcmində qiymətləndirilir.Bankın öhdəlikləri 85,763 milyon manat (azalma 3,2%) təşkil edir.
Bankda depozitlər 39,846 milyon manata (azalma 9,5%), həmçinin əhalinin əmanətləri – 33,212 milyon manata (azalma 6,6%) bərabərdir.
30 iyun 2021-ci il tarixinə “Bank Avrasiya”nın kapitalı 67,431 milyon manat (azalma 5,2%), nizamnamə kapitalı 50 milyon manat (dəyişməyib) məbləğində olub.
Birinci yarımilliyin yekunları üzrə bankın xalis mənfəəti 3,929 milyon manat təşkil edib (2020-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə artım 2,5 dəfə - İF).
“Bank Avrasiya” 2007-ci il noyabrın 28-də bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb.**
X.Nəsirzadə