Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları 326 qram zərgərlik məmulatlarının Türkiyədən Azərbaycana gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar. Bu barədə övlət Gömrük Komitəsindən məlumat verilib.
“İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb. Vətəndaşın yükləri monitordan keçən zaman şübhəli predmetlərin təsviri görünüb. Yoxlama zamanı vətəndaşa məxsus qara rəngli əl çantasının içərisində sellofan paketdə əvvəlcədən gömrük orqanına təqdim edilməyən, elektron və ya yazılı formada bəyan olunmayan qızıl zərgərlik məmulatları aşkar olunub”, - Komitədən qeyd olunur. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Məlumata əsasən, qızıl zərgərlik məmulatları - 13 cüt sırğa və 1 ədəd tək sırğa, 12 ədəd üzük-sırğa-kulon dəsti, 4 ədəd üzük-sırğa dəsti, 3 ədəd kulonlu boyunbağı, 3 ədəd boyunbağı, 2 ədəd kulon, üzərində kiçik ölçülü qaşlar olan 2 ədəd qolbaq və 1 ədəd üzükolub.
“Aşkar edilən predmetlər qızıldan hazırlanmış, ümumi çəkisi 326 qram olan zərgərlik məmulatlarıdır”, - məlumatda vurğulanır. **
N.Abbasova