Aşağıbüdcəli aviadaşıyıcı “Buta Airways” iyulun 30-dan Bakıdan Türkiyənin kurort şəhəri olan İzmirə xüsusi reyslərin sayını həftədə 10 dəfəyə qədər artırır. Bu barədə aviadaşıyıcı məlumat verir.
Yay uçuş cədvəli çərçivəsində, həftədə üç dəfə (çərşənbə, cümə və bazar günləri) Bakı-İzmir-Bakı istiqamətində yerinə yetirilən gündəlik reyslərə daha bir reys əlavə olunacaq.
Ölkədə epidemioloji vəziyyətlə və məhdudiyyətlərin tətbiqi ilə əlaqədar aviaşirkət biletləri yalnız iki tarif - "Standart" və "Super" tarifləri üzrə təklif edir. Hər iki tarifə təyyarədə ödənişsiz yer seçimi və hava limanında qeydiyyat daxildir.
Həmin uçuşlara biletləri butaairways.az rəsmi saytından ("Super" və "Standart" tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə etmək mümkündür.
Aviabiletin dəyəri 55 avrodan başlayır.
Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
“Buta Airways” 2020-ci il dekabrın 6-dan İzmirə xüsusi reyslər həyata keçirir. **
N.Abbasova