Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 30-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
İyulun 30-na manatın avroya nisbətən rəsmi məzənnəsi 2,0193 manat/1EUR səviyyəsində (iyulun 29-na 2,0154 manat/1EUR) müəyyən edilib.
AMB iyulun 30-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0232 manat/1RUB səviyyəsində (iyulun 29-na 0,0231 manat/1RUB) müəyyən edib.*
N.Abbasova