ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Bakı və İrəvanı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat çərçivəsində götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırıb.
“Ermənistan-Azərbaycan sərhədində təkrarlanan insidentlər barədə məlumatlar ciddi narahatlıq doğurur. Tərəfləri son humanitar addımları inkişaf etdirməyə həll olunmamış bütün məsələləri sülh yolu ilə nizamlamaq üçün 9/10 noyabr tarixli bəyanatı tam şəkildə yerinə yetirməyə çağırırıq”, - deyə Linde Twitter hesabında yazıb.*
E.Şəfiyev