Azərbaycan meşə yanğınlarının söndürülməsi məqsədilə Türkiyəyə yardım dəstələri göndərəcək. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək”, - deyə o qeyd edib.
H.Hacıyevin sözlərinə görə, bununla əlaqədar olaraq, Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının baş nazirinə və Fövqəladə Hallar Nazirliyinə lazımi tapşırıqlar və göstərişlər verilib. “Ən qısa zamanda yardım dəstələri qardaş ölkəyə yola düşəcək”, - deyə prezidentin köməkçisi əlavə edib.*
A.Əzizov