Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 6.25% səviyyəsində saxlayıb. Bu barədə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında məlumat verib.
Faiz dəhlizinin aşağı həddi 5.75%, yuxarı həddi isə 6.75% səviyyəsində saxlanılıb.
Bu qərar 30 iyul 2021-ci il tarixindən qüvvəyə minib.
AMB cari ildə uçot dərəcəsi məsələsinə həsr olunmuş 5 iclas keçirib və hər dəfə faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul edib.
Mərkəzi Bankın faiz dəhlizinin parametrləri ilə bağlı növbəti iclası sentyabr ayının 17-də keçiriləcək.*
X.Nəsirzadə