Baş nazir Əli Əsədov bildirib ki, meşə yanğınlarının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti və helikopterlər Türkiyəyə göndəriləcək.
“Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırıq və göstərişlərinə əsasən Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar ən qısa zamanda Türkiyəyə göndəriləcək”, - deyə Ə.Əsədov Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktayla telefon danışığı zamanı bildirib.
Ə.Əsədov ilə F.Oktay arasında telefon danışığının baş tutması barədə məlumat Nazirlər Kabinetinin saytında dərc olunub.
Telefon danışığı əsnasında meşə yanğınları ilə mübarizədə Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə və bunun üçün bütün lazımi qüvvələri səfərbər etməyə hazır olduğu vurğulanıb.*
E.Şəfiyev