Azərbaycanını strateji valyuta ehtiyatları ilin əvvəlindən artaraq $52,2 milyard məbləğində qiymətləndirilir. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, valyuta ehtiyatlarının artımı ilin əvvəlindən müşahidə edilir.
Sədr əlavə edib ki, AMB-nin valyuta ehtiyatları ilin əvvəlindən 2% artaraq $6,5 milyarda çatıb.
Azərbaycanın strateji valyuta ehtiyatları AMB-nin ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır.
2014-cü il oktyabrın 1-nə Azərbaycanın valyuta ehtiyatları pik səviyyədə - $53,7 milyard məbləğində olub. 2014-cü ilin IV rübündə valyuta ehtiyatlarının azalması prosesi başlayıb. Valyuta ehtiyatlarının milli valyutanın məzənnəsinin dəstəklənməsinə yönəldilməsi ilə əlaqədar azalma prosesi 2015-2016-cı illərdə də davam edib. 2017-ci ildən etibarən valyuta ehtiyatlarının artımı bərpa olunub və bu tendensiya 2018-2021-ci illərdə də davam edir.*
X.Nəsirzadə