2021-ci ilin yanvar-iyun aylarında 20 iri dövlət və özəl şirkət tərəfindən Azərbaycandan qeyri-neft məhsullarının ümumi ixrac həcmi $692,009 milyon təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Yanvar-iyun aylarının yekunları üzrə dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($118,3 milyon), özəl şirkətlər arasında isə “MKT İstehsalat Kommersiya” MMC ($64,1 milyon) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub.
Dövlət şirkətləri arasında qeyri-neft məhsullarının ən iri ixracatçıları sırasına “SOCAR Polymer” ($96,4 milyon), “AzerGold” QSC ($67,2 milyon), “Azəralüminum” MMC ($48,4 milyon), “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC ($47,5 milyon), “Azərenerji” ASC ($32,4 milyon), “Azərbaycan Dəmir Yolları” QSC ($1,2 milyon), “Azəripək” MMC ($1,1 milyon), “Caspian GEO” MMC ($0,769 milyon) və Naxçıvan Dövlət Energetika Xidməti ($0,74 milyon) daxildir.
Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısına isə “Azerbaijan International Mining Company” ($51,8 milyon), “Local garden” MMC ($43,1 milyon), “P-Aqro” MMC ($28,3 milyon), “Baku Steel Company” MMC ($22,4 milyon), “Sun Food” MMC ($19,8 milyon), “Azərşəkər İstehsalat Birliyi” MMC ($19 milyon), “RAM Beynəlxalq Nəqliyyat və Ticarət Ltd” MMC ($14,1 milyon), “Fruitland” MMC ($13,2 milyon) və “Agro-Land-Az” MMC ($2,2 milyon) daxildir.
Azərbaycan yanvar-iyun aylarında $1,2 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib.*
N.Abbasova