Azərbaycan cüdo yığmasının üzvü İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.
İdmançı 1/8 final mərhələsində Larisa Tseriçlə (Bosniya və Herseqovina) üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn Kindzerska 1/4 finala yüksəlib. O, bu raundda Cənubi Koreya təmsilçisi Min-Cin Hanla üz-üzə gəlib və onu məğlub edərək yarımfinala yüksəlib.
Kindzerska yarımfinalda yaponiyalı Akira Soneyə məğlub olub.
İdmançı bürünc medal uğrunda görüşdə çinli Şiyan Xunu məğlub edib.
Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycan millisinə ilk medalı qazandırıb.*
E.Şəfiyev