Azərbaycanda koronavirus infeksiyasına 668 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 343,216 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 615 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. İyulun 30-na ölənlərin ümumi sayı 5022 nəfərə çatıb.
Virusa yoluxmuş 332,752 min nəfər (sutka ərzində +178) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 5442 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9881 (ötən gün 10423 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 23,954 min test aparılıb.*
X.Nəsirzadə