Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Mühafizə Xidmətinin 100 əməkdaşı meşə yanğınlarının söndürülməsində iştirak etmək məqsədilə bu gün Türkiyəyə yola düşüb.
FHN-dən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, yanğınsöndürənlər Türkiyənin Dalaman vilayətinə yola salınıblar.
Bundan başqa, Türkiyəyə FHN-in 2 helikopteri və 50 ədəd müxtəlif texnika göndərilib.
Daha əvvəl verilən məlumata görə, meşə yanğınlarının söndürülməsi üçün nazirliyin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər və digər lazımi avadanlıq və ləvazimatlar Türkiyəyə göndəriləcək.*
R.Əhmədov