İyulun 31-dən Azərbaycanda “Premium Euro-95” markalı avtomobil benzini bahalaşıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə neft-qaz bazarındakı mənbə məlumat verib.
“Bu gündən etibarən “Premium Euro-95” markalı benzinin qiyməti 1,4 manatdan 1,45 manatadək yüksəlib”, - deyə mənbə bildirib.
Yanacağın qiymətinin bahalaşma səbəbi açıqlanmır.
Qeyd edək ki, “Premium Euro-95” markalı benzin Azərbaycana 1 aprel 2014-cü ildən idxal olunur. Bundan əlavə, ölkə “Super Euro-98” markalı benzini də xaricdən alır.*