Prezident İlham Əliyev iyulun 31-də Flora Ələkbər qızı Kərimovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Flora Kərimova Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə təltif edilib.
Prezident İlham Əliyevin digər sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Flora Kərimovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.*
A.Salayeva