Müdafiə Nazirliyi Ermənistan tərəfinin Azərbaycan Ordusunun bölmələri tərəfindən Arazdəyən istiqamətinə guya atəş açılması ilə bağlı yaydığı məlumatı təkzib edib.
“Bu məlumatın heç bir əsası yoxdur. Azərbaycan Ordusunun bölmələrindən qarşı tərəf istiqamətinə atəş açılmayıb”, - deyə nazirliyin məlumatında bildirilir.*
A.Salayeva