Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi qulluqçusunun həlak olması barədə məlumat yayıb.
“Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Aslanov Şamil Mais oğlu ilkin ehtimala görə silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub”, - deyə məlumatda bildirilir.
Faktla bağlı araşdırma aparılır.*
A.Salayeva