Azərbaycanda koronavirus infeksiyasına 633 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 343,849 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 668 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. İyulun 31-nə ölənlərin ümumi sayı 5023 nəfərə çatıb.
Virusa yoluxmuş 332,926 min nəfər (sutka ərzində +174) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 5,9 min nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10386 (ötən gün 9881 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 034,340 min test aparılıb.*
A.Salayeva