Meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu yaxın saatlarda Türkiyə Respublikasına yola düşəcək.
“Yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 220 nəfər yanğınsöndürən və xilasedici daxildir”, - deyə nazirliyin məlumatında bildirilir.
Qeyd edək ki, iyulun 30-da FHN-in Dövlət Yanğın Mühafizə Xidmətinin 100 əməkdaşı Türkiyənin Dalaman vilayətinə yola düşüb. Bundan başqa, Türkiyəyə FHN-in 2 helikopteri və 50 ədəd müxtəlif texnika göndərilib.
Meşə yanğınlarının söndürülməsi üçün nazirliyin 500 nəfərdən ibarət şəxsi heyətinin, helikopterlər və digər lazımi avadanlıq və ləvazimatların Türkiyəyə göndərilməsi planlaşdırılır.*
A.Salayeva