Azərbaycanda koronavirus infeksiyasına 671 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 344,520 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 633 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib. Avqustun 1-nə ölənlərin ümumi sayı 5027 nəfərə çatıb.
Virusa yoluxmuş 333,128 min nəfər (sutka ərzində +202) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 6365 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9,4 min (ötən gün 10386 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 043,740 min test aparılıb.*
A.Salayeva