2021-ci ilin yanvar-iyun aylarında “AzerGold” QSC əlvan metalların ixracından gəlirlərini 6,8% - $46,9 milyonadək artırıb.
“Birinci yarımillikdə “AzerGold” 25,4 min unsiya qızıl və 56,1 min unsiya gümüş ixrac edib. Hesabat dövründə əlavn metalların ixracından ümumi gəlirlər $46,9 milyon (cari məzənnə ilə 79,7 milyon manat) təşkil edib, bu da ötən ilin analoji dövtündən təxminən 6,8% çoxdur“, - cəmiyyətin məlumatnda deyilir.
Şirkətin məlumatına görə, birinci yarımillik ərzində “AzerGold”un dövlət büdcəsinə ayırmaları 18,1 milyon manat təşkil edib, bunun 16,6 milyon manatı vergi, 1,5 milyon manatı – sosial ödənişlərin payına düşüb.
Bütövlükdə, “AzrerGold”un fəaliyyəti dövrü ərzində cəmiyyət tərəfindən 254,5 min unsiya qızıl və 456,3 min unsiya gümüş ixrac olunub. Əlvan metalların ixracından ümumi gəlirlər 657 milyon manat təşkil edib ($386,5 milyon - İF).
“AzerGold”un fəaliyyəti dövrü ərzində əlvan metallar layihələrinin reallaşdırılması məqsədilə cəmiyyət dövlət büdcəsində 47 milyon manat cəlb edib. Eyni zamanda, şirkət qızıl yataqlarının işlənməsi layihələrinin dövlət büdəsindən asılılığını artrıq aradan qaldırıb. Fəaliyyətə başlayandan “AzerGold”un ümumi ayırmaları 59 milyon manata yaxın təşkil edib”, - məlumatda deyilir.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.**
N.Abbasova