Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) operatorluğunun BP Exploration (Shah Deniz) Limited şirkətindən SOCAR Midstream Operations Limited şirkətinə (SOCAR-ın törəməsi) ötürülməsi prosesi 2021-ci il avqustun 1-də başa çatıb. Bu barədə SOCAR şirkətindən məlumat verilir.
“2020-ci ilin martın 20 –də SOCAR Midstream Operations Limited razılaşdırılmış keçid dövründə rəsmən CQBK-nin texniki operatoru olub. 2020-ci ilin martında başlayan keçid prosesi 2021-ci ilin avqustun 1-də müvəffəqiyyətlə başa çatıb. COVID-19-un yaratdığı problemlərə baxmayaraq, bp və SOCAR keçid prosesinin bütün aspektlərini effektiv həyata keçirmək üçün sıx əməkdaşlıq etmişlər”, - məlumatda deyilir.
SOCAR-ın məlumatına görə, texniki operatorluğun ötürülməsi 2013-cü ilin dekabrında imzalanmış CQBK sahibləri arasında sazişin yenilənmiş variantında nəzərdə tutulmuşdu.
“Cənubi Qafqaz Boru Kəməri şirkətinin 6 illik uğurlu kommersiya operatorluğundan sonra SOCAR kəmərin texniki operatorluğunu öz üzərinə götürür. Bu, SOCAR-ın beynəlxalq qaz kəmərinin idarə edilməsi istiqamətində əldə etdiyi daha bir böyük nailiyyətdir. Kəmər Cənub Qaz Dəhlizinin vacib bölmələrindən biridir. Cənub Qaz Dəhlizinin bütün seqmentlərində SOCAR ilə bərabər iştirak edən bp şirkətinə səmərəli əməkdaşlığa görə təşəkkür etmək istəyirik”, - məlumatda SOCAR-ın prezidenti Rövnəq Abdullayevin sözlərindən sitat gətirilir.
“Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğunu qəbul etməkdən qürur duyuruq. Eyni zamanda bu vəzifənin üzərimizə dərin məsuliyyət qoyduğunu da dərk edirik. Texniki operatorun xələfi kimi biz bp-nin boru kəmərinin operatoru olduğu dövrdə nümayiş etdirdiyi təhlükəsiz, effektiv, ətraf mühit və cəmiyyət üçün əlverişli fəaliyyətini təmin etmək məqsədi ilə bp və digər tərəfdaşlarla sıx əməkdaşlıq etməyə davam edirik. Əminik ki, birgə işimiz kəmərin keçdiyi ölkələrə, hissədarlara, əməkdaşlara və kəmərin keçdiyi yerlərdə yaşayan icmalara fayda verəcək”, - SOCAR Midstream şirkətinin icraçı direktoru Fuad Əhmədov bəyan edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), SOCAR (16,7%), “Statoil” (15,5%), “LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Uzunluğu 691 km olan Cənubi Qafqaz Boru Kəməri magistralı (Azərbaycan ərazisində 443 km və Gürcüstan ərazisində 248 km) 2006-cı ilin sonunda istismara verilib və “Şahdəniz” yatağından “Mərhələ-1” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyəyə nəqli üçün nəzərdə tutulub. CQBK-nin səhmdarları BP (28,8%), TPAO (19%), SOCAR (10%), “Cənub Qaz Dəhlizi” QSC (6,7%), PETRONAS (15,5%), LUKOİL (10%), NIKO (10%) şirkətlədirir.
Cənubi Qafqaz Boru Kəməri CQD-nin komponentidir. 2019-cu ildən etibarən boru kəmərinin ötürmə qabiliyyəti sutkada 29 milyon kubmetrdir. 2020-ci ildə qaz kəmərinin (hazırda 8 mlrd. kubmetr - İF-Az) geAvqopaya ilk qaz nəqlinə imkan verəcək. **
N.Abbasova