2021-ci il iyul ayının 30-na Azərbaycanda pul bazasının həcmi 14 milyard 213,4 milyon manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
30 dekabr 2020-ci il tarixinə pul bazasının həcmi 13 milyard 564,2 milyon manat təşkil edib. Beləliklə, 2021-ci ilin yanvar-iyul aylarında pul bazası 4,8% artıb.
Cari ilin iyul ayında pul bazası 410,4 milyon manat və ya 2,97% artıb.
2020-ci ildə Azərbaycanda pul bazası 11,6% artıb.**
X.Nəsirzadə