2021-ci il iyulun 30-na Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $6 milyard 496,5 milyon təşkil edir. Bu barədə AMB-nin saytında dərc olunmuş məlumatda deyilir.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, 2020-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $6 milyard 369,4 milyon təşkil edib. Beləliklə, 2021-ci ilin yanvar-iyul aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 2% artıb.
İyul ayında AMB-nin valyuta ehtiyatları 0,6% və ya $41,2 milyon artıb.
Xəbər verildiyi kimi, 2020-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 1,8% artıb.**
X.Nəsirzadə