Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2021-ci ilin iyul ayında valyuta hərraclarında $461,6 milyon məbləğində xarici valyuta satıb. Bu barədə fondun məlumatında deyilir.
Xəbər verildiyi kimi, ARDNF cari ilin iyun ayında valyuta hərraclarında $463,6 milyon məbləğində xarici valyuta satıb. Beləliklə, iyul ayında xarici valyuta satışının həcmi iyun ayı ilə müqayisədə 0,5% azalıb.
“İnterfaks-Azərbaycan” agentliyinin fondun aylıq məlumatları əsasında apardığı hesablamalara görə, 2021-ci ilin yanvar-iyul aylarında ARDNF valyuta hərraclarında $3 milyard 227,7 milyon (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə azalma 28,7% - İF) satıb.
Hazırda ARDNF valyuta hərraclarında valyutanın əsas satış mənbəyi kimi çıxış edir.
Xəbər verildiyi kimi, Azərbaycan Dövlət Neft Fondu 2020-ci ildə valyuta hərraclarında $7 milyard 303,64 milyon məbləğində xarici valyuta (2019-cu illə müqayisədə artım 10,7%) satıb.**
B.Rüstəmbəyov