Bazar ertəsi Yasamal Rayon Məhkəməsində Birinci Qarabağ müharibəsi zamanı əsir düşən azərbaycanlı hərbçilərə fiziki və psixi iztirablar yetirməklə işgəncə verən.Ermənistan vətəndaşları Alyoşa Xosrovyan və Lüdvik Mkrtiçyan barəsində hökm oxunub.
Məhkəmənin qərarına əsasən, ittiham olunan şəxslər hər biri 20 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmə əsasən, təqsirləndirilən şəxslər cəzalarının ilk 10 ilini həbsxanada, digər hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər. **
E.Şəfiyev