SOCAR 2021-ci ilin yanvar-iyul aylarında Bakı-Novorossiysk neft kəməri ilə 583,29 min ton neft ixrac edib.
Bu barədə Rusiya Energetika Nazirliyinin Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsinin məlumatında deyilir.
““Transneft” şirkətinin sistemi üzrə cari ilin yanvar-iyul aylarında Azərbaycandan Novorossiysk limanına 583,29 min ton, iyulda isə 84,74 min ton neft nəql olunub”, - “İnterfaks-Azərbaycan” agentliyinin əldə etdiyi məlumatda bildirilir.
Ötən ilin müvafiq dövründə bu boru kəməri ilə neft ixracı 19,7 dəfə artıb.
Yanvarın sonunda “Transneft” və SOCAR arasında Bakı-Novorossiysk neft kəməri ilə 1 milyon tondan artıq neft ixracına dair müqavilə imzalanıb.
SOCAR 2020-ci ildə Bakı-Novorossiysk kəməri ilə 613,29 min ton neft nəql edib.
Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir.**
N.Abbasova